“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəXəbərlər

Xəbərlər

Müəllimimizi tanıyaq !

News Image

Müəllimimizi tanıyaq !


Əliyev Ənvər Şahin oğlu 12 dekabr 1991-ci ildə Füzuli rayonunun Alıxanlı kəndində anadan olub.2015-ci ildə Müəllimlərin işə qəbulu imtahanında uğur qazanaraq riyaziyyat müəllimi olaraq işləməyə başlayıb.2024 -cü ildə Almaniya təhsil proqramlarında iştirak etmişdir.Alman və ingilis dillərində bilir.ADA universitetinin Qazax müəllimlər seminariyasında həyata keçirdiyi "Bir müəllim manifesti" ixtisasartırma proqramında Füzuli rayonu üzrə seçilən namizəddir.

“7- Oktyabr Ümumdünya Layiqli Əmək Günü” ETİHİ Füzuli rayon Komitəsi tərəfindən qeyd olundu.

News Image

“7- Oktyabr Ümumdünya Layiqli Əmək Günü” ETİHİ Füzuli rayon Komitəsi tərəfindən qeyd olundu.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Füzuli Rayon Komitəsinin təşkilatçılığı ilə “Ümumdünya Layiqli Əmək Günü” münasibətilə Füzuli rayon məktəblərində tədbir keçirilmişdir. Tədbirdə müəssənin rəhbərliyi və həmkarlar ittifaqının üzv əməkdaşlar iştirak etmişdir. Tədbirin məqsədi əmək hüquqlarının qorunması, işçilərin sosial rifahının yaxşılaşdırılması, təhlükəsiz və sağlam əmək şəraitinin təmin olunması, həmçinin layiqli əməyə dəyərin artırılması olmuşdur.

5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Füzuli rayon təhsil işçilərinin peşə bayramına həsr olunan tədbir keçirilib.

News Image

5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Füzuli rayon təhsil işçilərinin peşə bayramına həsr olunan tədbir keçirilib.

5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı olan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsi və Etihi Füzuli Rayon Komitəsinin təşəbbüsü ilə Füzuli rayon təhsil işçilərinin peşə bayramına həsr olunan tədbir keçirilib.

Görüşlərdə ETİHİ Respublika Komitəsi sədrinin müşaviri Vüsal Əliyev və rayon komitəsinin əməkdaşları iştirak edib, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və ETİHİ Respublika Komitəsi rəhbərliyinin təbrik və xoş arzularını təhsil işçilərinə çatdırıblar. Böyük Qayıdışla doğma yurdlarımızda həyatın yenidən canlanması, yeni məktəblərin fəaliyyətə başlaması, azad torpaqlarda təhsilin inkişafı xüsusi vurğulanıb. Müəllimlərin tədris prosesinin təşkili, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi və yeni təhsil mühitinin formalaşdırılması istiqamətində əməyi yüksək qiymətləndirilib.

Tədbirlərdə çıxış edən qonaqlar Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçilərini təbrik edib, onların ölkənin gələcək inkişafında, savadlı və vətənpərvər nəslin yetişdirilməsində mühüm rolunu vurğulayıb, pedaqoji fəaliyyətlərində yeni uğurlar arzulayıblar.

Görüşlər zamanı müəllimlərin gündəlik fəaliyyəti, onları maraqlandıran məsələlər və təhsil işçilərinin sosial rifahının daha da yaxşılaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Eyni zamanda ETİHİ Respublika Komitəsinin ittifaq üzvlərinin əmək və sosial hüquqlarının müdafiəsi, sağlamlığının qorunması, istirahət və müalicəsinin təşkili istiqamətində həyata keçirdiyi fəaliyyət barədə məlumat verilib.

Füzuli rayonunda 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib

News Image

Füzuli rayonunda 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib

27 Sentyabr - Anım Günü ilə əlaqədar Füzuli rayonunda şəhidlərin əziz xatirəsinə həsr olunmuş anım tədbiri təşkil edilib.Tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Alıyev, digər rayon rəsmiləri, ziyalılar, şəhid ailələri, qazilər, veteranlar, hərbçilər, rayonun müxtəlif idarə, müəssisə və təşkilatlarının bütün əməkdaşları, ictimai birliklərin nümayəndələri, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Anım Günü münasibətilə Füzuli rayonunda keçirilən tədbirlər bütün şəhidlərin əziz xatirəsinin daima uca tutulduğunu, onların göstərdiyi qəhrəmanlığın gələcək nəsillərə örnək olduğunu bir daha nümayiş etdirib

Füzuli rayonu 3 nömrəli tam orta məktəb üzvlərinin Qəbələ və İsmayıllı rayon gəzintisi

News Image

Füzuli rayonu 3 nömrəli tam orta məktəb üzvlərinin Qəbələ və İsmayıllı rayon gəzintisi

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Füzuli Rayon Komitəsinin təşkilatçılığı ilə Füzuli rayon 3 nömrəli tam orta məktəb ilk həmkar təşkilatı üzvlərinin Qəbələ və İsmayıllı rayonlarına bir günlük gəzintisi çox səmərəli keçirilmiş və onların istrahətində mühüm əhəmiyyət kəsb etmişdir.

Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib

News Image

Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib

Sentyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunda yerləşən “Təhsil” İstirahət Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib.


Tədbir Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə sentyabrın 7-dən 12-dək “Təhsil” İstirahət Mərkəzində keçirilən tələbə düşərgəsi çərçivəsində təşkil olunub.


Görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru vəzifəsini icra edən Fərid Babayev, Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Bakı Avrasiya Universitetinin rektoru Siyavuş Qasımov və 700 -ə yaxın ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri iştirak ediblər.


Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə giriş sözü ilə çıxış edərək tədbirin məqsədi və “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyəti barədə məlumat verib.


Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev qonaqlara AHİK rəhbərliyinin səmimi salamlarını çatdırıb və son illərdə həmkarlar hərakatında görülən işlərdən danışıb. İl ərzində komitə tərəfindən həyata keçirilən yay və qış düşərgələri, forumlar, intellektual yarışlar, idman tədbirləri, təlimlər, ekskursiyalar, mədəni proqramlar, könüllülük təşəbbüsləri və sosial layihələrin məhz bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb.


ETİHİ Respublika Komitəsinin sədri onu da vurğulayıb ki, qarşıdakı illərdə bu cür düşərgələr ixtisasyönümlü olacaq və tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamində daha innovativ layihələr həyata keçiriləcək. 


“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbirin əsas məruzəçisi Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar memarı Gülçöhrə Məmmədova şəhərsalma və memarlığın gələcəyi, müasir şəhər mühitinin formalaşdırılmasında yeni yanaşmalar və bu sahədə gənc mütəxəssislərin rolu barədə fikirlərini bölüşüb. Rektor çıxışında şəhərsalma və memarlıq sahəsində keyfiyyətli mütəxəssis hazırlığının vacibliyinə diqqət çəkib, tələbələri yeni biliklərə yiyələnməyə və yaradıcı düşüncəyə təşviq edib. Professor Gülçöhrə Məmmədova gənclərin gələcəkdə ölkənin şəhərsalma və memarlıq mühitinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.


Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı öz çıxışında  Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasına tələbələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirərərək son illər peşə təhsilinə gənclərin marağının əvvəlki illərə nisbətən daha çox olmasından həmçinin peşə təhsili müəssiələrində yüksək ixitsaslı texniki mütəxəssislərin hazırlanmasından bəhs edib. 


Daha sonra qonaqlar “Təhsil” İstirahət Mərkəzində ittifaq üzvilərinə yaradılmış şəraitlə tanış olublar. Sonda tələbələrlə ali təhsil müəssisələrinin rəhbərləri xatirə fotosu çəkdiriblər.


Qeyd edək ki, düşərgə çərçivəsində tələbələr üçün intellektual yarışlar,futbol, voleybol, şahmat yarışları, foto və film müsabiqələri keçiriləcək.

Füzuli rayonunda ali məktəblərə yüksək nəticə göstərən məzunlarla görüş keçirilib

News Image

Füzuli rayonunda ali məktəblərə yüksək nəticə göstərən məzunlarla görüş keçirilib

Füzuli rayonunda ali məktəblərə yüksək nəticələrlə qəbul olunan tələbələr, eləcə də ali təhsil müəssisələrinə qəbul olunan və yeni tədris ilində birinci sinfə qədəm qoyacaq şəhid övladları ilə görüş keçirilib.

2025–2026-cı tədris ili üzrə yüksək nəticə göstərən məzunlarla görüş keçirilib

News Image

2025–2026-cı tədris ili üzrə yüksək nəticə göstərən məzunlarla görüş keçirilib

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Füzuli Rayon Komitəsi və Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan digər ümumtəhsil müəssisə Komitələrinin təşkilatçılığı ilə 2025–2026-cı tədris ili üzrə yüksək nəticə göstərmiş məzunlarla görüş keçirilmişdir.Məzunlarla görüş zamanı, onlara gələcək təhsil yollarında da yüksək nəticələr əldə etməyi, ölkəmiz üçün daima şərəf və ləyaqətlə xidmət edən peşəkar sahələrə yiyələnməyi tövsüyə olunmuşdur.Tədbirin sonunda məzunlara müxtəlif hədiyyələr təqdim olunmuşdur.

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

News Image

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunlarına yekun vurulub.


Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) təmsilçiləri uğurlu nəticələr əldə ediblər.


ETİHİ təmsilçiləri yarışları 4 birincilik və 2 üçüncülük olmaqla, ümumilikdə 6 mükafatla başa vurublar.


Mini-futbol üzrə komandamız final görüşündə Polşa təmsilçisini 5:4 hesabla məğlub edərək turnirin qalibi olub.


Stolüstü tennis üzrə komanda yarışlarında qadınlardan ibarət komandamız 1-ci, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutub.


Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışda Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Əliyeva 1-ci, Xətai rayonu 56 saylı tam orta məktəbin müəllimi Xəyalə Qiyasova isə 3-cü yeri tutub. Şahmat üzrə fərdi yarışda isə Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov 1-ci yerə layiq görülüb.


Sonda qaliblər Bolqarıstan Müəllimlər Birliyinin prezidenti Yanka Takeva, Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Todor Kapitanov, Bolqarıstan İşçilərinin İdman və Sağlamlıq Federasiyasının prezidenti, İşçilərin İdmanı üzrə Balkan Assosiasiyasının vitse-prezidenti Desislava Yagodin və Varna şəhərinin meri Blagomir Kotsev tərəfindən kubok və medallarla təltif olunublar.


Beynəlxalq yarış təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, eləcə də həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.


Qeyd edək ki, 2004-cü ildən etibarən keçirilən bu yarışlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş respublika idman yarışlarında yüksək nəticələr göstərərək seçilmiş ittifaq üzvləri iştirak edirlər.

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər

News Image

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər


Bolqarıstanın Albena şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirakı ilə Müəllimlərin XXII Yay İdman Oyunları keçirilir.


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) üzvləri də bu beynəlxalq yarışlarda iştirak edirlər.


Azərbaycan təmsilçiləri mini-futbol, stolüstü tennis, basketbol, çimərlik voleybolu və şahmat olmaqla 5 idman növündə mübarizə aparırlar.


Avqustun 27-28-də keçirilən yarışlarda ittifaq üzvlərimiz bir sıra uğurlu nəticələr əldə ediblər.


Mini-futbol üzrə komandamız qrup mərhələsini 6 xalla başa vuraraq yarımfinala yüksəlib. Yarımfinalda Bolqarıstanın “Vraça” komandasını 3:1 hesabı ilə məğlub edən təmsilçilərimiz finala vəsiqə qazanıblar.


Stolüstü tennis üzrə qadın və kişi komandalarımız da qrup mərhələsində keçirdikləri bütün qarşılaşmalarda qələbə qazanıblar. Qadınlardan ibarət komandamız 6 xalla, kişilərdən ibarət komandamız isə 8 xalla qrup mərhələsini lider kimi başa vuraraq final mərhələsinə yüksəliblər.


Şahmat üzrə fərdi yarışlarda Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin müəllimi Bünyad Əsgərov I yeri tutub. O, həlledici qarşılaşmada Polşanın “ZNP” komandasının təmsilçisinə qalib gələrək yarışın qalibi olub.


Qeyd edək ki, Müəllimlərin Yay İdman Oyunları 2004-cü ildən etibarən ənənəvi olaraq hər il Bolqarıstanda keçirilir. Oyunlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr edilən ölkədaxili idman yarışlarında yüksək nəticələr göstərərək münsiflər heyəti tərəfindən seçilən ittifaq üzvlərimiz iştirak edirlər.


Yarışlar avqustun 30-dək davam edəcək.

Füzuli rayonu Ulduz körpələr evi-uşaq bağçası ilk həmkar təşkilatı üzvlərinin gəzintisi

News Image

Füzuli rayonu Ulduz körpələr evi-uşaq bağçası ilk həmkar təşkilatı üzvlərinin gəzintisi

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Füzuli Rayon Komitəsinin təşkilatçılığı ilə Füzuli rayon Ulduz körpələr evi-uşaq bağçası ilk həmkar təşkilatı üzvlərinin İsmayıllı rayonuna bir günlük gəzintisi çox səmərəli keçirilmiş və onların istrahətində mühüm əhəmiyyət kəsb etmişdir.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə idman yarışı keçirilmişdir

News Image

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə idman yarışı keçirilmişdir

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Təhsil İstrahət Mərkəzində keçirilən idman yarışında Füzuli rayonu Qayıdış 7 nömrəli tam orta məktəb müəllimi Zeynallı Şamil Cəmil oğlu futbol yarışında I yeri, voleybol yarışında III yeri tutrmuşdur.