Haqqımızda

Füzuli Rayon Komitəsi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) tərkib hissəsi olaraq, rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrində çalışan müəllimlərin, texniki heyətin və digər təhsil işçilərinin hüquq və maraqlarını müdafiə edən, onların sosial rifahını və peşə inkişafını dəstəkləyən ictimai təşkilatdır.
Komitə, ittifaqın prinsiplərinə sadiq qalaraq, üzvlərinin maraqlarını müdafiə edən, onların rifahının yaxşılaşdırılmasına yönəlmiş layihələr həyata keçirən, eyni zamanda təhsil sahəsində ictimai həmrəyliyi möhkəmləndirən bir qurum kimi fəaliyyət göstərir.
Komitənin fəaliyyəti əsasən əmək münasibətlərinin düzgün tənzimlənməsi, üzvlərin sosial müdafiəsinin gücləndirilməsi, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, həmçinin mədəni, maarifləndirici və ictimai tədbirlərin təşkili istiqamətlərini əhatə edir.
Struktur baxımından Komitə, təhsil müəssisələrində fəaliyyət göstərən ilk həmkarlar ittifaqı təşkilatları ilə sıx əməkdaşlıq şəraitində çalışır və üzvlərin hüquq və mənafelərinin müdafiəsi istiqamətində müxtəlif təşəbbüslərlə çıxış edir.
Bundan əlavə, istirahət imkanlarının təşkili, sanatoriya-kurort yollayışlarının verilməsi, təhsil işçilərinin cəmiyyətdə nüfuzunun artırılmasına, təhsilin keyfiyyətinin yüksəldilməsinə və gənc nəslin hərtərəfli inkişafına xidmət edir.
İttifaqın struktur genişliyi və üzv sayı
Rayon Komitəsi, rayon ərazisində fəaliyyət göstərən 109 təhsil müəssisəsindən ibarət ilk həmkarlar ittifaqı təşkilatını və 3537 ittifaq üzvünü özündə birləşdirir.
Füzuli Rayon Komitəsinin fəaliyyət istiqamətləri:


